“Windows 11”də gizli oyun tapıldı – FOTO
“Windows 11” quraşdırılması zamanı əməliyyat sisteminin faylları açılarkən gözləmə müddətində darıxmamaq üçün nəzərdə tutulmuş gizli mini-oyun, “Surf the waves” oyunu aşkar edilib.
“The Verge” saytının redaktoru Tom Uorren yeni “Surface Laptop Studio 2”nin ilkin quraşdırılması zamanı “pasxa yumurtası” (virtual) aşkar edib. Kompüteri işə saldıqdan sonra “Windows 11” yenilənməyə başlayıb və “Surf the waves” mini-oyununu oynamaq təklif edilib.
“Surf the waves” yuxarıdan aşağıya görüntü ilə piksel arkada oyunudur. Bu oyunda suda olan maneələrlə toqquşmamaq üçün sörfçünü idarə etmək lazımdır.
““Surf the waves” hələ 1991-ci ildə “Windows” üçün buraxılmış “Microsoft Entertainment Pack 3”dən olan “SkiFree” arkadasına bənzəyir”, – deyə Uorren yazıb.
Jurnalist, həmçinin qeyd edib ki, “Surf the waves” ilk dəfə 2020-ci ildə “Edge” brauzerində çıxıb.
Uorrenin sözlərinə görə, “Windows 11” quraşdırıcısı tərəfindən “Surf the waves” oyunu sizə yalnız uzun müddət tələb edən böyük bir yenilənmə getdikdə fayllar açılarkən təklif edilir.
Mənbə: Gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]