Türkiyəli astronavt: “Süni intellektdən istifadə etməklə kosmik tədqiqatları asanlaşdırmaq mümkündür” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyəli astronavt: “Süni intellektdən istifadə etməklə kosmik tədqiqatları asanlaşdırmaq mümkündür”

“Müasir dövrdə süni intellekt çox sürətlə inkişaf edir. Biz ümumi süni intellekt haqqında danışmalıyıq”.

Oxu.Az xəbər verir ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlarla görüşdə Türkiyənin azərbaycanəsilli astronavtı Tuva Atasever deyib.

O bildirib ki, süni intellektin insan kimi, yaxud ona yaxın şəkildə düşünə bilməsi və işləməsi son illərin təcrübəsidir:

“Süni intellektdən istifadə etməklə kosmik tədqiqatları asanlaşdırmaq da mümkündür:

“Düşünürəm ki, həm insanlarla, həm də robotlarla birlikdə təşkil edilən missiyalarda süni intellektdən istifadə etmək lazımdır. Bu isə təbii ki, müxtəlif elmi tədqiqatların asanlaşmasına və genişmiqyaslı olmasına şərait yaradacaq”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top