Azərbaycanlı professor: “Beynəlxalq ictimaiyyət kosmik araşdırma üzrə öncül mövqeyimizi qəbul edir”
“Beynəlxalq ictimaiyyət Azərbaycanın kosmik araşdırmalar sahəsindəki öncül mövqeyini qəbul edir”.
Bunu “Report”a açıqlamasında Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, ABŞ-nin Florida Universitetində çalışan professor Nazim Muradov bildirib.
“Tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsi heç də təsadüfi deyil. Azərbaycanda kosmik tədqiqatlar təxminən 50 il əvvəl başlayıb. Çox az ölkə var ki, Beynəlxalq Astronavtika Konqresinə iki dəfə ev sahibliyi etməklə öyünə bilər. Belə azsaylı ölkələrdən biri də məhz Azərbaycandır”, – deyə həmyerlimiz bəyan edib.
“Mən raket yanacağı sahəsində çalışıram və təəssüf ki, azərbaycanlı həmkarlarımla sıx əlaqələrə malik deyiləm. Amma fəxr edirəm ki, bu cür nüfuzlu konqres mənim doğma şəhərim Bakıda keçirilir. Düşünürəm ki, burada xeyli faydalı təcrübə qazanacağam və onları öz fəaliyyətimdə tətbiq edə biləcəyəm”, – deyə N.Muradov əlavə edib.
Azərbaycanlı professor ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi – NASA ilə yaxından əməkdaşlıq edir və kosmik raketlər üçün sensorların hazırlanmasına böyük töhfə verir. Onun elmi nailiyyətləri beynəlxalq arenada yüksək qiymətləndirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]