Şule Kaya: “Hər raketin yalnız bir dəfə uçuş həyata keçirmək şansı var” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şule Kaya: “Hər raketin yalnız bir dəfə uçuş həyata keçirmək şansı var”

“İki ay öncə Türkiyədə keçirilən “TEKNOFEST” müsabiqəsinə qatıldıq. Bu bizim hazırladığımız milli raketdir və missiyanı tam olaraq yerinə yetirdiyi üçün Türkiyə üçüncüsü olduq”.

Bu barədə Oxu.Az-a açıqlamasında “74-cü Beynəlxalq Astronavtika Konqresi” çərçivəsində keçirilən sərgidə Türkiyəni təmsil edən İpək Yolu Raket Komandasının nümayəndəsi Şule Kaya deyib.

O bildirib ki, bu raketin əsas missiyası havada olan nəm, istilik, təzyiq ilə bağlı dəqiq məlumatları toplamaqdır:

“Bu səbəblə uçuş zamanı 10 min fut (3 kilometr) hündürlüyə qədər qalxan raket məlumatları toplamağa nail olub. Eləcə də raketin paraşüt vasitəsilə yerə enməsi, endikdən sonra isə raketin parçalarını toplamaq lazımdır. Bütün bu missiyaları uğurla yerinə yetirdik. Artıq 6 ildir biz müsabiqələrə qatılırıq. Hər raketin yalnız bir dəfə uçuş həyata keçirmək şansı var. Münsiflər və digər iştirakçılar arasında xallar toplandı və biz Türkiyə üçüncüsü olduq”.

Şule Kaya onu da əlavə edib ki, onlar raketlərlə bağlı yol xəritəsi hazırlayırlar:

“Bu sırf milli məhsuldur. Bütün hissələr tərəfimizdən ixtira edilib. Gələcəkdə də bu layihənin daha da təkmilləşdiriləcəyinə ümid edirik”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top