Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq
2030-cu ilə qədər Azərbaycan kosmik sahədə tədqiqatları dərinləşdirəcək, Ay və Marsın tədqiqi, eləcə də planetlərarası tədqiqatla məşğul olacaq.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Komsik Agentliyin (“Azərkosmos”) direktoru Saməddin Əsədov bildirib.
“Azərbaycan komsik tədqiqatları genişləndirməkdə maraqlıdır. Biz bu gün İsrailin Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Bu müqavilə çərçivəsində Agentlik bizə yerin müşahidəsini aparmaqda kömək edəcək”, – deyə o qeyd edib.
Bundan başqa, S.Əsədov əlavə edib ki, son 10 ildə Azərbaycan kosmik tədqiqatlara 600 milyon ABŞ dolları investisiya yatırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]