Selcuk Bayraktar: “Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi bizim üçün xoşbəxtlikdir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Selcuk Bayraktar: “Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi bizim üçün xoşbəxtlikdir”

“Beynəlxalq Astronavtika Konqresinin 50 il sonra müstəqil Azərbaycanda, vətən olaraq gördüyümüz ölkədə keçirilməsi bizim üçün xoşbəxtlikdir”.

Bunu “Report”a açıqlamasında TEKNOFEST-in İdarə Heyətinin sədri, “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar deyib.

“Türkiyənin Kosmik Agentliyi buradadır, nazirliklərimizin stendləri var, “Roketsan” və “Aselsan” burada təmsil olunur. Həmçinin bizim kosmik tədqiqatlarla məşğul olan təşkilatımız buradadır. Onsuz da biz bir millətik, iki dövlətik. Ölkələrimiz arasındakı əlaqələri kosmik məkanda da inkişaf etdirməliyik. Bu kosmik məkanda ən prestijli konqresdir. Biz də inşallah 2 il sonra üçün Türkiyədə ev sahibliyi etmək istəyirik”, – deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyə Beynəlxalq Astronavtika Konqresində 500-ə yaxın “Teknofest” iştirakçısı və qalibi ilə iştirak edir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top