Qazaxıstan təmsilçiləri Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qazaxıstan təmsilçiləri Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər

Qazaxıstan təmsilçiləri Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər.

“Report” xəbər verir ki, bunu bu gün “Nazirlər və parlament üzvləri üçün 13-cü Beynəlxalq IAF” (Beynəlxalq Astronavtika Konqresi) iclasından sonra keçirilən mətbuat konfransında Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidentinin müşaviri Dominique Tilmans deyib.

O qeyd edib ki, nazirlərin və parlamentarilərin Bakıda keçirilən görüşündə qonşu ölkələrdən daha çox qonaq gələcəyini gözləyib.

D.Tilmansın sözlərinə görə, onların bəziləri oktyabrın 2-də Azərbaycana gələcəklər:

“Bakıda keçiriləm görüş çox maraqlı və əhəmiyyətli oldu. Biz istərdik ki, Azərbaycanın yerləşdiyi regionda olan qonşu Qazaxıstan kimi dövlətlərdən rəsmilər də iştirak etsinlər. Amma onlar təəssüf ki, bu tədbirə qatılmadılar. Bildirdilər ki, sabah, yəni Beynəlxalq Astronavtika Konqresinin ilk günündə Bakıya gələcəklər. Onları bu tədbirdə də görməkdən məmnun olardıq”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top