Rəşad Bayramov: “Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rəşad Bayramov: “Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir”

“Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir”.

Oxu.Az xəbər verir ki, bu sözləri sentyabrın 30-da “Azərkosmos”un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O bildirib ki, bu günə qədər Bakı Konqresində dörd mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib:

“Bu, bizim üçün çox sevindirici haldır. Onu da qeyd edim ki, tədbir iştirakçılarının yarıdan çoxunu gənclər təşkil edir. Azərbaycan gəncləri bu sahədə çox aktivdirlər.

Elmi sahədə Azərbaycanın gənc alimləri tərəfindən 200-dən çox elmi məqalə təqdim edilib. Ümumilikdə, konqresə 195 ölkədən 3 500-dən çox elmi məqalə təqdim olunub”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top