Turizm reytinqi dəyişdi: Türkiyə dünya üçüncüsü oldu
Uzun illər dünya turizmində ilk onluqda, son illərdə isə ilk beşlikdə olan Türkiyə bu il birinci dəfə ilk üçlükdə qərarlaşa bilib.
Türkiyənin İtaliyanı geridə qoyaraq tarixində ilk dəfə dünya üzrə üçüncü pilləyə qalxdığını izah edən turizm üzrə mütəxəssis Recep Yavuz bildirib ki, rəsmi rəqəmlər hələ dəqiqləşdirilməsə də, Dünya Turizm Təşkilatının (UNWTO) təqdim etdiyi 2022-ci ilin doqquz aylıq turist sayını 2019-cu ilin eyni dövrü ilə müqayisə edib.
Bu il turistlərin ən çox üz tutduqları ölkələr Fransa, İspaniya və Türkiyə olub.
Fransa 82 milyon, İspaniya 74 milyon, Türkiyə 51 milyon, İtaliya 50 milyon, ABŞ 50 milyon, Meksika 40 milyon, Yunanıstan 29 milyon, Böyük Britaniya 28 milyon, İsrail 27 milyon, Almaniya 25 milyon turist qəbul edib.
Mütəxəssis qeyd edib ki, dünya turizm reytinqində bu il əhəmiyyətli dəyişikliklər baş verib – pandemiyadan əvvəl ilk onluqda yer alan bəzi ölkələr siyahıdan kənarda qalıblar.
Eyni zamanda o bildirib ki, İsrail və Yunanıstan ilk dəfə onluğa daxil olublar.
Mənbə: DHA
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]