Paralimpiya çempionu: Dövlət başçımızın məni “Şöhrət” ordeninə layiq görməyi çempionluqlardan daha önəmlidir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paralimpiya çempionu: Dövlət başçımızın məni “Şöhrət” ordeninə layiq görməyi çempionluqlardan daha önəmlidir

Bakı, 11 sentyabr, AZƏRTAC

“Prezident İlham Əliyevin məni “Şöhrət” ordeninə layiq görməyi çox sevindiricidir. Bu, mənim üçün çempionluqlardan daha önəmlidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanmış Azərbaycan paraatleti Orxan Aslanov jurnalistlərə açıqlamasında deyib.

T13 kateqoriyasında çıxış edən idmançı Parisdən yaxşı təəssüratlarla döndüyünü söyləyib: “Ötən gün təltif edilməyimlə bağlı xəbəri eşidəndə çox xoşbəxt oldum. Buna görə dövlət başçımıza təşəkkür edirəm. Əslində ürəyim doludur, deyiləcək çox şey var. Danışsam, çox vaxt aparacaq”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top