Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında dördünücü yerdədir
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi, ilkin hesablamalara görə, 2023-cü ilin aprel-iyun ayları ilə müqayisədə 10,3 faiz artaraq 574,3 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, artım əsasən kapital və borc öhdəlikləri hesabına baş verib. Bu dövrdə təkrar investisiyalar 8,9 faiz azalaraq 451,3 milyon dollar təşkil edib.
Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında Böyük Britaniya, Yaponiya və Maltadan sonra dördüncü yerdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]