İtaliya 2028-ci ildə Monteneqronun Aİ-yə üzv qəbul ediləcəyinə ümidvardır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliya 2028-ci ildə Monteneqronun Aİ-yə üzv qəbul ediləcəyinə ümidvardır

Podqoritsa, 10 sentyabr, AZƏRTAC

İtaliya 2028-ci ildə Monteneqronun Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olacağına ümidvardır.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Podqoritsaya səfəri çərçivəsində Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşdə deyib.

Antonio Tayani bunun ölkəsinin Aİ-yə sədrlik edəcəyi 2028-ci ilin birinci yarısında baş verəcəyinə ümidvar olduğunu söyləyib. O, İtaliya Prezidenti Sercio Mattarellanın gələn ilin əvvəlində Monteneqroya səfər edəcəyini bildirib.

Yakov Milatoviç isə ölkəsinin Aİ-yə üzvlük yolunda əsas islahatları həyata keçirməyə davam edəcəyini deyib.

Görüşdə iki ölkə arasında yüksək səviyyədə davamlı siyasi dialoqla səciyyələnən münasibətlərin olduğu, enerji, investisiya və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Nihad Budaqov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top