Paralimpiya çempionu: Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir
Bakı, 10 sentyabr, AZƏRTAC
“Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.
O, Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığını vurğulayıb: “Birinci Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızılla əvəzləyə bildim. Çox xoşbəxtəm”.
T13 kateqoriyasında uzunluğa tullanmada qızıl qazanan digər paraatlet Orxan Aslanov dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: “Ürəyim doludur. Tokiodan sonra Parisdəki yarışda da qızıl qazandım”.
Paraüzgücü Vəli İsrafilov bürünc medal qazandığı üçün xoşbəxt olduğunu bildirib: “Fərqli kateqoriyada çıxış edirdim. Gümüş medala yaxın idim. Təəssüf ki, alınmadı. Növbəti yarışlarda qızıl medal üçün çalışacağam”.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]