Almaniya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün quru sərhədlərini gücləndirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Almaniya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün quru sərhədlərini gücləndirir

Bakı, 10 sentyabr, AZƏRTAC

Almaniya hökuməti qeyri-qanuni miqrant axınını azaltmaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin tətbiqi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, sentyabrın 16-da başlayacaq və ilkin olaraq altı ay davam edəcək nəzarət miqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlib.

“Biz daxili təhlükəsizliyi gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt xəttimizi davam etdiririk”, – deyə daxili işlər naziri Nensi Feyzer vurğulayıb.

Avstriyanın daxili işlər naziri Gerhard Karner “Bild” qəzetinə bildirib ki, ölkəsi Almaniyanın sərhəddə imtina etdiyi miqrantları qəbul etməyəcək.

Keçən il Almaniya ilkin sığınacaq müraciətlərinin artmasına cavab olaraq Polşa, Çex Respublikası və İsveçrə ilə quru sərhədlərində nəzarətin gücləndiriləcəyini açıqlamışdı.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top