“Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib
Stokholm, 10 sentyabr, Nərgiz Cəfərli, АZƏRTAC
Oslo şəhərində yerləşən Norveç Televiziya və Radio Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir həmyerlimiz, orkestrin skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, “İldırımlı yollarla” baletindən miniatürlər, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Muğam-poema”, “Məhəbbət rəqsi”, həmçinin M.Haşımov və A.Əliyevin solo skripka üçün işləməsi olan “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Tədbirdə yerli sakinlərlə yanaşı, qonşu ölkələrdən də dinləyicilər iştirak ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]