“Bülbülün qonaqları” rubrikasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Bülbülün Memorial Muzeyində “Bülbülün qonaqları” rubrikasında Xalq artisti, özünəməxsus səsi ilə ürəkləri fəth edən Mobil Əhmədov yad edilib.
AZƏRTAC xəbər verir ki, dahi Bülbülün tələbəsi olmuş, sağlığında dəfələrlə müəlliminin evində qonaq olan sənətkarın repertuarından mahnılar səsləndirilib. Bülbül Vokal Məktəbinin tələbələri Süleyman Ələsgərovun “Gözəl Şuşam”, Azərbaycan xalq mahnısı “Ay Laçın”, Tofiq Quliyevin “Lirik mahnı”, Rauf Hacıyevin “Azərbaycanım” mahnılarını ifa ediblər.
Tədbirdə sənətkarın tələbəsi, Əməkdar artist Ramil Qasımov, qızı Nigar Əhmədova Mobil Əhmədovla bağlı xatirələrini bölüşüblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]