Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli Toplantısı Nyu-Yorkda keçiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli Toplantısı Nyu-Yorkda keçiriləcək

Bakı, 8 sentyabr, AZƏRTAC

BMT-nin 79-cu Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli Toplantısı sentyabrın 25-26-da Nyu-Yorkda keçiriləcək.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

“Etimad və qlobal idarəetmə, iqlim tədbirləri: BMT-nin gələcək sammiti ilə COP29-un əlaqələndirilməsi” mövzusuna həsr olunan 30-cu Ali Səviyyəli Toplantı BMT Baş Assambleyası çərçivəsində sabiq ölkə və hökumət başçılarının ən böyük toplantısı sayılır. Toplantının işində İngiltərə, Latviya, Türkiyə, Bolqarıstan, Belçika, Avstriya, Norveç, İsrail, Finlandiya, Xorvatiya, Sloveniya, Slovakiyanın sabiq liderləri ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Davamlıq İnkişaf Proqramı, bir sıra təşkilatları, o cümlədən Baş Assambleyanın 67, 72, 73, 75, 77, 78-ci prezidentləri qatılacaq.

Qlobal idarəetmə, COP29, sağlamlıq, miqrasiya, qadınların cəmiyyətdə rolu, ətraf mühitlə mübarizədə maliyyələşmə və bir çox digər qlobal məsələlərin müzakirə olunacağı toplantıda COP29-a hazırlıq, tematik günlər, qlobal istiləşməni 1,5C səviyyəsində saxlanılması öhdəliyinin təmin olunması, enerji keçidi üzrə təşəbbüslər müzakirə olunacaq.

Qeyd edək ki, toplantı çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” yeni sahiblərinə təqdim olunacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top