Sabah hava yağmursuz keçəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sabah hava yağmursuz keçəcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top