Göyçayda zəhərlənmə şübhəsi olan ailənin üzvləri ilkin tibbi müdaxilədən sonra xəstəxanadan evə buraxılıb YENİLƏNİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Göyçayda zəhərlənmə şübhəsi olan ailənin üzvləri ilkin tibbi müdaxilədən sonra xəstəxanadan evə buraxılıb YENİLƏNİB

Göyçay, 6 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçay Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub. İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.

20:08

Göyçayda zəhərlənmə şübhəsi ilə bir ailə xəstəxanaya yerləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, rayonun Xəlitli kəndində yaşayan bir ailənin 4 üzvü zəhərləndiklərini güman edərək Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Vətəndaşlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir.

Onların hansı qida və məhsuldan zəhərləndikləri araşdırılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top