“Ulduz Cup” beynəlxalq futbol turnirinin qalibi müəyyənləşib
Quba, 6 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Ulduz Cup” beynəlxalq futbol turnirinə sentyabrın 6-da yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən turnirdə 5 ölkədən 8 komanda iki qrupda mübarizə aparıb. “A” qrupunda “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, “B” qrupunda isə “Dinamo Minsk” (Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayıb.
Turnirin final matçında “Ulduz” Futbol Akademiyasının komandası “Dinamo” (Minsk, Belarus) kollektivi ilə üzləşib.
Rəqibinə 6:0 hesabı ilə qalib gələn “Dinamo” komandası beynəlxalq turnirin qalibi adını qazanıb.
Quba Olimpiya İdman Kompleksində reallaşan tədbirin mükafatlandırma mərasimində çıxış edənlər “Ulduz Cup” beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildiriblər.
Çıxışlardan sonra qalib komandaya kubok və medallar təqdim olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]