Millətlər Liqası: Azərbaycan – İsveç oyununda ikinci hissə başlayıb YENİLƏNİB 2 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Millətlər Liqası: Azərbaycan – İsveç oyununda ikinci hissə başlayıb YENİLƏNİB 2

Bakı, 5 sentyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ilk yarısından sonra qapılara qol vurulmayıb. Birinci yarının son saniyələrində Ramil Şeydayev on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 

20:55

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 

20:49

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyun start götürüb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top