“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finalda – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finalda

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında gücünü yoxlayıb.

O, 1:05.82 nəticə ilə finiş xəttinə üçüncü çatıb. Bu göstərici ilə ilk “8-lik”də yer alan V.İsrafilov final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top