Şamaxıda iki nəfər bıçaqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şamaxıda iki nəfər bıçaqlanıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top