ABŞ-da cari ilin əvvəlindən baş verən 30 kütləvi atışma nəticəsində 131 nəfər ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-da cari ilin əvvəlindən baş verən 30 kütləvi atışma nəticəsində 131 nəfər ölüb

Bakı, 5 sentyabr, AZƏRTAC

Cari ilin əvvəlindən ABŞ-da 30 kütləvi atışma olub və nəticədə 131 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bu atışmaların hər birində azı 4 nəfər ölüb.

Kütləvi atışmalar Ayova, Alabama, Arkanzas, Havay, Corciya, Qərbi Virciniya, İllinoys, Kaliforniya, Kentukki, Missuri, Nevada, Nyu-York, Oklahoma, Pensilvaniya, Şimali Karolina, Texas və Florida ştatlarında baş verib.

Ötən il ABŞ-da 42 belə hadisə qeydə alınıb, nəticədə 217 nəfər həlak olub.

Xatırladaq ki, sentyabrın 4-də Corciya ştatının Uinder şəhərindəki orta məktəbdə atışma nəticəsində 4 nəfər – iki müəllim və iki şagird ölüb. Daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top