Media: Finlandiya NATO-nun nüvə hücumunun qarşısının alınması təlimlərində iştirak edə bilər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Media: Finlandiya NATO-nun nüvə hücumunun qarşısının alınması təlimlərində iştirak edə bilər

Bakı, 5 sentyabr, AZƏRTAC

Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcıları ilk dəfə NATO-nun illik nüvə hücumunun qarşısının alınması məqsədilə keçirəcəyi “Steadfast Noon” təlimlərində iştirak edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yle” ictimai yayımı məlumat verib.

Təlimlər oktyabrın 14-dən 24-dək Böyük Britaniya, Danimarka və Niderlandın hava məkanında keçiriləcək.

Finlandiya Prezidentinin Ofisi və Müdafiə Nazirliyi şərh verməkdən imtina edib. NATO-dan bildirilib ki, manevrlərdə iştirak edənlərin siyahısı daha sonra açıqlanacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top