Emin Mahmudov: İsveçlə matçda məqsədimiz qələbə qazanmaqdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Emin Mahmudov: İsveçlə matçda məqsədimiz qələbə qazanmaqdır

Bakı, 4 sentyabr, AZƏRTAC

“Yaxşı oyun göstərməyə çalışacağıq. Rəqibin gücünə bələdik. Məqsədimiz qələbə qazanmaqdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi yaxşı nəticə üçün çalışacaqlarını bildirib: “Vaxtımız çox azdır. Bir dəfə məşq keçmişik. Komanda olaraq hər birimiz uğur qazanmaq istəyirik. Maksimum diqqətli olmalıyıq. Sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top