74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunan poçt markası təqdim edilib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunan poçt markası təqdim edilib – FOTO

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunan poçt markası təqdim edilib.

Oxu.Az xəbər verir ki, markanın möhür vasitəsilə “söndürülməsi” mərasimi təqdimatı Heydər Əliyev Mərkəzində baş tutub.

Müvafiq sənədi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) sədri Saməddin Əsədov, eləcə də Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri imzalayıblar.

Nazirliyə məxsus “Azərpoçt” MMC-nin buraxdığı marka Belarusun Bobruysk şəhərindəki “Bobruisk Integrated Printing House” çap evində iki növ blok olmaqla hər biri 5 000 ədəd tirajla çap olunub. Buraxılış hər bir blokda dörd marka, ümumilikdə isə səkkiz markadan ibarət kiçik vərəqlər şəklindədir.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top