
5 Olimpiya İdman Kompleksinə direktor axtarılır
Aşağıda adları qeyd edilən, yeni istifadəyə verilmiş təsərrüfat hesablı idman obyektlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edilir:
1. “Gəncə Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Gəncə şəhəri)
2. “Şəki Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Şəki şəhəri)
3. Respublika Olimpiya Mərkəzinin direktoru (Bakı şəhəri)
4. “Kür Olimpiya Tədris İdman Mərkəzi” MMC-nin direktoru (Mingəçevir şəhəri)
5. Respublika Velotrekinin direktoru (Bakı şəhəri)
Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
– Ali təhsil;
– Minimum iş stajı: 6 il ;
– Yaş həddi: 55-dək.
Qeyd: İdman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Təqdim ediləcək sənədlər:
– Linkdə ( https://bit.ly/36pHHjZ ) verilmiş CV forması doldurulmalıdır (CV-də iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır);
– Şəxsiyyət vəsiqəsinin surəti;
– Ali təhsil haqqında diplomun surəti.
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.
Elektron poçt ünvanına müraciət daxil olduqdan sonra müraciətinizin çatması barədə təsdiq e-maili göndəriləcək.
Sənədlər 19 aprel 2022-ci il tarixindən etibarən elan@mys.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 23 aprel 2022-ci il.
Əlavə məlumat üçün telefon: (012) 465-65-71.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
-
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
-
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]