48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib

ECONOMİC: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, əmək müqaviləsinin bağlanılmaması işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, həmçinin iş yerlərinin və əmək haqqı gəlirlərinin dövlət büdcəsindən gizlədilməsi hüquqi və cinayət məsuliyyətinə səbəb olur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top