İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.
Nazirlikdən Economic-ə verilən məlumata görə, Ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.
Hazırda 84 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.
Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]