30 DƏQİQƏ ƏRZİNDƏ SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN VERİLMƏSİ PROSEDURU MÜƏYYƏNLƏŞDİRİLİB - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

30 DƏQİQƏ ƏRZİNDƏ SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN VERİLMƏSİ PROSEDURU MÜƏYYƏNLƏŞDİRİLİB

Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru müəyyənləş- dirilib.

Mətbuat xidmətindən economic.az verilən məlumata görə, Bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq  olaraq Azərbaycan Respublikasının  ərazisində  əcnəbinin  şəxsiyyətini  təsdiq edən sənəd və ya Azərbaycan hüdudlarında istifadə  edilməsi  üçün  vətəndaşlığı  olmayan  şəxsin şəxsiyyət vəsiqəsi), müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış və sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi təqdim etməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edəcək. Sənədlər tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat veriləcək. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunacaq. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. Sürücülük vəsiqəsi Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları  üzrə  nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə  vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində veriləcək. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin  ərizəsi  əsasında  əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top