MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

58eb7b375ae16_14918232312146654702_1000x669

3 milyon dollar dəyərində olan kərgədan buynuzu müsadirə edilib

Malayziyanın gömrük xidməti dəyəri 3 milyon dollardan artıq qiymətləndirilən 18 kərgədan buynuzu partiyasını müsadirə edib.
France-Presse agentliyinin məlumatına əsasən, Kuala-Lumpur aeroportunun gömrük xidmətinin rəisi ümumi çəkisi 51,4 kiloqram olan kərgədan buynuzlarının yük terminalında aşkarlandığını deyib. Onun ölkəyə Mozambikdən “Qatar Airways” aviasiya kompaniyasına məxsus təyyarə ilə gətirildiyi bildirilir.
Son illər kərgədan buynuzu qaçaqmalçılığının artması Cənub-Şərqi Asiya ölkələrində ona olan yüksək tələbatla bağlıdır. Həmin ölkələrdə kərgədan buynuzundan ənənəvi təbabətdə geniş istifadə edilir. Elmi sübutlar olmasa da, şərq təbabəti buynuzun tərkibindəki keratinin müalicə əhəmiyyətli olduğunu iddia edir. Asiyada kərgədan buynuzunun bir kiloqramının qiyməti platin və qızılı geridə qoyaraq 65 min dollara çatır. 1977-ci ildə bütün dünyada kərgədan buynuzunun ticarəti qadağan edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top