MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

3 milyarddan çox istifadəçisi olan “Google Chrome” yenilənə bilər.

“Google Chrome” brauzerində təhlükəsizlik boşluğu aşkar edilib. Hakerlərin bu vəziyyətdən yararlanmasının qarşısını alacaq yeni bir yeniləmə gözlənilir.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, dünyanın ən məşhur internet brauzeri “Google Chrome” tez-tez həddindən artıq prosessor və RAM istehlak etdiyinə görə tənqid olunur. Ancaq yenə də milyardlarla istifadəçi “Chrome”a üstünlük verir.

Təxminən 3 milyarddan çox istifadəçisi olan “Google Chrome”dan dünya əhalisinin demək olar ki, yarısı istifadə edir.

Bir neçə gün öncə isə “Google”un yaydığı təcili xəbərdarlıqda “Chrome” brauzerinin kritik boşluğa malik olduğu və hər an kiberhücumun baş verə biləcəyini istifadəçilərin diqqətinə çatdırılıb. CVE-2022-1096 kimi müəyyən edilən bu boşluq JavaScript mühərrikində yerləşir və haker qruplarına məlumdur.

“Google” zəifliyin necə istifadə edildiyi və bunun səbəbləri ilə bağlı heç bir təfərrüat təqdim etməsə də, istifadəçilər “Chrome” brauzerini 99.0.4844.84 versiyasına uyğun yeniləməlidirlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top