
282 vakansiya üzrə peşə hazırlığı və iş ilə təminat həyata keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq filialı İstirahət Kompleksləri ilə əməkdaşlığa başlayır.
Birgə əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 282 vakansiya üzrə uyğun namizədlər seçiləcək, ilk olaraq onlar peşə hazırlığına cəlb ediləcəklər, daha sonra isə məşğulluqları təmin olunacaq.
Vakansiyalar nəqliyyat, təchizat və təminat, kadrlar, qida sahəsi, məişət və təmizlik, qəbul-qeydiyyat, qonaqlama xidməti, idman və əyləncə, təhlükəsizlik olmaqla 71 vəzifəni əhatə edir.
Artıq vakansiyalar üzrə uyğun namizədlərin seçiminə başlanılıb. Vakansiyalarla və vakansiyalara dair tələblərlə tanış olmaq və qeydiyyadan keçmək üçün 11 saylı Ərazi Məşğulluq filialına müraciət edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə […]
-
Qarpız sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində […]
-
Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib
Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində […]