28 aprel – Ümumdünya Əməyin Mühafizəsi günüdür
“Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq”
Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildən 28 Apreli Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq elan edib.
Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.
Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları ölkəmiz tərəfindən qəbul edilib, əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik yaradılaraq daim təkmilləşdirilir.
BƏT tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. Bu il üçün həmin gün “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusuna həsr olunub.
Qeyd olunan mövzu COVID-19 pandemiyasının əmək sferasına mənfi təsirləri fonunda əməyin mühafizəsinin, müvafiq qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi baxımından xüsusi aktuallıq kəsb edir. Azərbaycanda da bu istiqamətdə ciddi və ardıcıl işlər aparılır. Ölkəmizdə pandemiya dövründə geniş sosial dəstək paketinin əsas istiqamətlərindən biri pandemiyanın əmək sferasına mənfi təsirlərinin azaldılması, işçilərin təhlükəsizliyinin təmini olub.
Eyni zamanda, əmək sferasında işçilərin əməyinin təhlükəsizliyi və iş rejimləri ilə bağlı bir çox məsələlər müvafiq hüquqi aktlarla tənzimlənib. İş yerlərində infeksiyaya yoluxmanın qarşısının alınması məqsədilə qaydalar müəyyən edilib, işəgötürənlər üçün tövsiyələr verilib, habelə COVİD-19 infeksiyasına qarşı işçilərin vaksinasiyası işləri davam edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]