26 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qardaş ölkədən Ramazan hədiyyəsi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

26 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qardaş ölkədən Ramazan hədiyyəsi

ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonu “Ümid” qəsəbəsində mənzillərlə təmin edilən bir qrup şəhid ailəsi və müharibə əlilinə qardaş ölkə Türkiyənin “İstikbal” şirkəti tərəfindən Ramazan hədiyyəsi edilib.

Sosial tərəfdaşlıq çərçivəsində şirkət həmin qəsəbədə mənzillə təmin olunmuş şəhid ailələri və müharibə əlillərinin bir hissəsinin mənzillərinin mebellə təminatını öz üzərinə götürüb. Onların mənzilləri yataq dəstləri, divan, kreslo və bu kimi digər mebel avadanlıqları ilə təchiz edilib. 

Ümumilikdə 26 ailəyə zəruri mebel avadanlıqları təqdim olunub  ki, onlardan 12-si şəhid ailəsi, 14-ü isə Qarabağ müharibəsi əlilinin ailəsidir. 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top