
2133 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.
Economic.az xəbər portalının məlumatına görə, İqtisadiyyat Nazirliyinin zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 10-da keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Lalo butik”, “Duyğu Butik”, “Türk kişi geyimləri”, “Uşaq aləmi” mağazalarında, “Təbiət restoranı”nda, “Foto Fokus”da, Nizami rayonunda “Zeytun Aptek”də, Nəsimi rayonunda “My Phone”, “Lakme parfümeriya”, “Lakmeya parfümeriya”, “Parfümeriya” mağazalarında, “28 may kitab evi”ndə, “Sultan dönər”də, “Nail salon” və “Jasmin” xidmət obyektlərində, Yasamal rayonunda Anar Mirzəyevə və İlham Mehtiyevə məxsus geyim mağazalarında, Xəzər rayonunda “Xəzər market”də, “Velosiped satışı”, “Tikinti materialları” mağazalarında, Xətai rayonunda “Uşaq geyim mağazası”nda, “PePe uşaq geyimləri” pərakəndə ticarət obyektində, “Xırdavat mağazası”nda, “Bərbəzək mağazası”nda, “Qarabağ təndirxanası”nda, Səbail rayonunda “Argo” və “Molokon” mağazalarında, Qaradağ rayonunda İlqar Mahmudova, Elsevər Qiyasova, Vüqar Rəsulova, Salman Salmanova, Bağı Teymurxanlıya, Əli Məhərrəmova, Fəqan Mehtizadəyə, Seyran Əlisətova məxsus mağazalarda, Sabunçu rayonunda “Aysel Kosmetika” mağazasında, Suraxanı rayonunda “Maqnit market”, “Tokar” ticarət obyektlərində, Nərimanov rayonunda “LC Waikiki” mağazasında, Şəkidə “Ləzzət şirniyyat evi”ndə, “Limon kafe”də, Rüstəm Cabbarova məxsus “Halal dönər”də, Astara rayonunda “Rahat İnşaat” mağazasında, Araz Kəromova məxsus “Market”də, “Şəms mebel salonu”nda, Tovuz rayonunda “Sultan market”də, Rəhman Məmmədovun “Dönər” ictimai iaşə obyektində, Füzuli rayonunda “Zeytun aptek”də, Sərxan Bayramova məxsus telefon və dəftərxana ləvazimatları satışı mağazasında, Fikrət Bağırovun “Xırdavat” qarışıq mallar mağazasında, ümumilikdə, monitorinqin əhatə etdiyi 364 obyektin 129-da ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 10-dək 4654 sahibkarlıq subyektində monitorinq keçirilib və 2133 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.
Monitorinqlər davam edir.
BƏNZƏR MƏQALƏLƏR
Ticarət və xidmət obyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir
İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 12-də keçirdiyi […]
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
ECONOMİC: Karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən avqustun […]
Bu şəxslərə 250 manat pul veriləcək – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara […]