2026-cı ildə Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2026-cı ildə Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

“Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavrika Konqresi (IAC) dünyanın ən önəmli və ən etibarlı tədbiridir. Qardaş ölkə Azərbaycanda olduğu üçün biz də bura çox güclü bir komanda ilə qatıldıq. Məlum olduğu kimi, bunu 2026-cı ildə Türkiyədə keçirmək üçün də namizəd idik. Bakının uğuru ilə bunu da qazanmış olduq”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyə Kosmik Agentliyinin (TUA) İdarə Heyətinin sədri Sərdar Hüseyn Yıldırım deyib.

Onun sözlərinə görə, bu gün səhər İdarə Heyətində keçirilən səsvermədə Konqresə 2026-cı ildə ev sahibliyi edəcək ölkənin Türkiyə olacağı dəqiqləşdi:

“Səsvermə zamanı güclü təqiblərdən biri Polşa idi. Onların da layihəsi çox maraqlı idi. Lakin rəqabət mühiti və üstün olmaq üçün mütləq detallar önəmlidir. Polşanın layihəsi ilə müqayiaədə bizim layihə üstün gəldi. 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresini Antalyada keçirəcəyik. Komanda olaraq buna nail olmaq üçün çox zəhmət çəkdik. Hətta cənab prezidentimiz də bu məsələlərlə maraqlanmağa başladı, dəstək verdi. Artıq qazandığımız üçün gələn həftədən etibarən bu istiqamətdə hazırlıqlara başlayacağıq. Burada toplantı çox uğurlu keçdi, biz də daha gözəl bir iş ortaya qoymaq istəyirik”.

Sərdar Hüseyn Yıldırım qeyd edib ki, kosmosa Türkiyədən ilk dəfə astronavt göndərilir və bu ölkə üçün böyük əhəmiyyət daşıyır:

“Müraciətlər çox olduğu üçün seçimlər çətin keçdi. Yekunda Alper Gezeravcı və Tuva Cahangir Atasevər seçildi. Onlar da bu Konqresə qatılıblar. Tuvanın Azərbaycan əsilli olması da bir başqa xoş təsadüf oldu. Onların təlimləri demək olar ki, bitmək üzrədir, təxminən 3 ay sonra Alper Beynəlxalq Kosmik Stansiyaya, Tuva isə suborbital uçuş həyata keçirəcəklər. Bununla da hər ikisi astronavt adını qazanacaq. 2026-cı ilə qədər Türkiyənin Ay missiyası var. 2026-cı ilə qədər Türkiyənin Aya uçuşu da olmalıdır və o uçuş vasitəsinin maketi bizim stendimizdə nümayiş olunur. Bu Türkiyə üçün daha bir önəmli addım olacaq. Bunu gerçəkləşdirdikdən təxminən 5 il sonra Aya daha yumuşaq eniş hədəfləyirik. Beləliklə, Türkiyə kosmik sahədə adını daha irəli pillələrə qaldıracaq. Bu layihədə “Azərkosmos”da var”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top