İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu dövrdə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir: “2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair hazırlanan yeni inkişaf strategiyası dövlət sektorunun yeni keyfiyyətə transformasiyasını, iqtisadiyyatın bütün sahələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, ekosistemin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını, özəl sektorun inkişaf stimullarının və sürətinin artırılmasını, insan kapitalının davamlı inkişafını, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılmasını nəzərdə tutur. Yeni mərhələdə özəl sektorun investisiyaları və qeyri-neft iqtisadiyyatı ölkədə iqtisadi artımın əsas mənbələri olacaq”.

2022-ci il və qarşıdakı 4 il ölkə iqtisadiyyatının yeni strateji inkişaf mərhələsi olacaq
BƏNZƏR MƏQALƏLƏR
-
İqtisadiyyat Nazirliyinin yeni Çağrı Mərkəzi – 195-1 fəaliyyətə başladı
Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak […]
-
Azərbaycanda bu sahədə yeni proqram hazırlanır – Nazir
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır. Economic.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat […]
-
Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə edilib
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığa mühüm töhfədir. […]