2018-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2018-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 657.7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Əməliyyatların 57.2%-i (10 664.4 mln. manat) ilkin bazarda, 42.8%-i (7 993.3 mln. manat) isə təkrar bazarda aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasıının mətbuat xidmətindən  “Economic“ə verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya 518 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 12 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci ilin 9 ayı üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top