2018-ci ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2018-ci ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

2018-ci ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8 mlrd. manat təşkil edib.

Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.8 mlrd. manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0.9% (256 mln. manat), öhdəlikləri 1.1% (258 mln. manat) azalıb, kapitalı isə 0.04% (2 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,467 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,503 nəfər təşkil edib. Aprel ayında bank sektorunda işçi sayı 0.7% və ya 114 nəfər artıb.

30 aprel 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top