MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

2 FEVRAL: Bakıda və Abşeron yarımadasında, Azərbaycanın rayonlarında hava haqqında

Economic.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 02-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında

Fevralın 02-də bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top