
2-ci “Karyera sərgisi” sabah keçiriləcək
“ASAN Könüllülük” Məktəbinin “ASAN kadr” karyera mərkəzi, Bakı Ali Neft Məktəbi və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı ilə 2-ci “Karyera sərgisi” keçiriləcək.
Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan edilir. Sərgidə vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif ediləcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılacaq.
Sərgi 12 mart 2019-cu il tarixində Bakı Ali Neft Məktəbinin yeni kampusunda saat 10:00-13:00-a kimi davam edəcək. Sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcəklər.
Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
2018-ci ildə keçirilən 1-ci “Karyera sərgisi”ndə 1500-dən çox iştirakçı və 53 müəssisə təmsil olunub.
BƏNZƏR MƏQALƏLƏR
Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək
ECONOMİC.AZ : Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə […]
“Kənddən Şəhərə” Ramazan yarmarkası davam edir
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə […]
Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF”) sərgisi olacaq.
2019-cu il sərgi mövsümünün ilk tədbiri 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF”) sərgisi olacaq. […]