
195-2 Çağrı Mərkəzinə 1600-dən çox müraciət olub
Bu müraciətlərin 600-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 76 mindən çox müraciət daxil olub.
Nazirliydən Economic.az verilən məlumata görə, ötən ay daxil olmuş müraciətlər əsasən, lisenziyaların verilməsi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxələrə cavab verilib.
Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan məhsulları Çində nümayiş olunur
ECONOMIC: Çin Xalq Respublikasının Çendu şəhərində “China Food and Drinks Fair and TAOWINE Hotel Show” […]
İrimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq
Economic.az: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti aylardan etibarən ölkəmizin regionlarında irimiqyaslı […]
Qiymət intizamına nəzarət gücləndirilir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri istehsalçılar, idxalçılar və market […]