“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib.

MKS-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən danışıb: “Azərbaycan KP MK-nın 1969-cu il iyulun 14-də keçirilən plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində respublikamızın iqtisadiyyatı, təhsil, səhiyyə və mədəniyyətimiz sürətli inkişaf yolu keçdi. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi uğurlar sonralar xalqımızın siyasi müstəqilliyi yolunda mühüm rol oynadı”.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Mayrux Cavadova bildirib ki, Ulu Öndər Azərbaycanın bütün sahələrini əhatə edən dinamik inkişafa nail olmaq üçün çevik və ardıcıl siyasət aparıb, sənayenin, aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin inkişafı məqsədilə müxtəlif proqramlar həyata keçirib. Qeyd edib ki, 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycan mədəniyyəti Renessans dövrünü yaşayıb, Ulu Öndər Azərbaycan mədəniyyətinin bütün sahələrinə, ədəbiyyata və Azərbaycan dilinə xüsusi həssaslıqla yanaşıb.

Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə, “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, “Carçı” jurnalının təsisçisi və baş redaktoru, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva, “Yeni Baxış” İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərov, şəhid Sübhan Abdurəhmanın anası Mehriban Abdurəhman, Qarabağ müharibəsi veteranı İsa Musayev çıxış ediblər.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıb, müstəqillik illərində xalqımızın milli maraqlarına cavab verən siyasət aparıb.

Tədbirdə, həmçinin Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top