
120 min şəxsə elektron qaydada fərdi hesab açılıb
İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti cari ilin yanvar ayında fəaliyyətə başlayıb.
Economic.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu bu e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.
İlk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.
Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]