
12 yerli şirkət üçün xarici bazar araşdırmaları aparılıb
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan etmişdi.
Economic-in məlumatına görə, ixracatçıların müraciətləri üzrə müsabiqənin nəticələrinə əsasən, sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş konkret istiqamətlər nəzərə alınmaqla 12 yerli şirkət üçün Çinin quru meyvə və şərab məhsulları bazarları, Qazaxıstanın alkoqollu içkilər bazarı, Rusiyanın quru meyvələrdən hazırlanmış çips, nar şirəsi, faraş pomidor, qara çay, gilas bazarları, İngiltərənin qurudulmuş xurma bazarı, İsrailin qənnadı məmulatları bazarı, Belçikanın fındıq bazarı, Səudiyyə Ərəbistanının ağac kömürü bazarı araşdırılıb. Araşdırmalar məhsulların istehsal, ixrac və istehlak həcmi, artım tempi, bazarların rəqabət vəziyyəti, inkişaf dinamikası, əsas iştirakçıları, mövcud dinamika, qiymətlər və s. məsələləri əhatə edir.
Bazar araşdırmalarının nəticələri həmin yerli şirkətlərə təqdim olunub.
BƏNZƏR MƏQALƏLƏR
Ticarət və xidmət obyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir
İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 12-də keçirdiyi […]
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
ECONOMİC: Karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən avqustun […]
Bu şəxslərə 250 manat pul veriləcək – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara […]