11 sentyabr hərracında özəlləşdirilən dövlət əmlakları – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

11 sentyabr hərracında özəlləşdirilən dövlət əmlakları

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən özəlləşmə hərraclarına müxtəlif kateqoriyalardan olan dövlət əmlaklarının çıxarılması prosesi vətəndaşlar üçün daha maraqlı edir. Hər kəs dövlət əmlakları üzrə seçim edərək biznes planına uğun obyektə sahib ola bilər. Özəlləşdirmə hərraclarında mövcud prosedurlar əlçatan mühiti təmin edərək, vətəndaşların vaxt itkisini aradan qaldırır. Bu üstünlüklər hərracda olan aktivliyi daha da artırır. Ümumilikdə cari il ərzində reallaşan 150-dən çox hərracın 50-yə yaxını rəqabətli keçib.

Şəffaf mühitdə keçən növbəti hərrac 11 sentyabr tarixində baş tutdu. Sİfarişçilər seçdikləri dövlət əmlakları üzrə prosesdə iştirak etdilər. Bu dəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Bakı şəhəri, Nizami rayonunda yerləşir. A.Manafov küçəsi, 16 ünvanındakı bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 446.8 kv.m-dir. Müxtəlif xidmət sahələri üzrə əlverişli fəaliyyətə imkan verəcək bu obyekt üçün sifarişçi 90 min manat təklif etdi.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış ili 1996 və 2007-dir. İştirakçı sifariş verdiyi Vaz markalı avtomobil üçün 1000 manat təklif etdi. Mercedes Benz markalı nəqliyyat vasitəsinin isə hərracdakı yekun satış qiyməti 15 min 300 manat oldu.

Komitə tərəfindən növbəti hərrac 18 sentyabr tarixində baş tutacaq. Növbəti hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Ərazi, ümumi faydalı sahə və digər xüsusiyyətlər üzrə müxtəlif olan bu dövlət əmlakları vətəndaşlara geniş seçim imkanı verir.

Hərracda iştirak etmək istəyən şəxslərin rahatlığı üçün prosedurlar tam elektronlaşdırılıb. Belə ki, komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalındakı (privatization.az) müvafiq keçiddə qeydiyyatdan keçən və seçdiyi əmlakın ilkin hərrac qiymətinin 10% məbləğində beh ödəyən  şəxs hərracın iştirakçısına çevrilir. Elektron hərrac sistemi vasitəsilə sifarişçilər hərrac keçirilən məkana getmədən prosesdə onlayn formada iştirak edə bilər.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top