107 yaşlı kişi uzunömürlülüyün sirrini açdı – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün sirrini açdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən yaşlı britaniyalılardan biri uzunömürlülüyünün sirrini xüsusi səhər yeməyi adlandırıb.

Leonard Hous 107 yaşını oktyabrın ortalarında qeyd edib. Kişi 1916-cı ildə anadan olub və hər iki dünya müharibəsi dövrünü yaşayıb. O, 14 yaşında məktəbi atıb santexnik olmaq üçün oxumağa gedib. İkinci Dünya Müharibəsi illərində Hous rabitəçi olub, sonra isə telefon şirkətində işə düzəlib və təqaüdə çıxana qədər orada işləyib. Bu müddət ərzində həmin şirkət telekommunikasiya nəhəngi “British Telecom”a çevrilib.

Uzunömürlünün gəlini Kerol Housun sözlərinə görə, o, hətta bu yaşda da sağlamlığını qoruyub saxlaya bilib.

“Son vaxtlar o, bir az unutqan olub və ayaqları üstündə dayana bilmir, ona görə də əsadan istifadə etməyə başlayıb. Amma yaşına görə o çox yaxşı qalıb”, – deyə Housun gəlini bildirib.

Hous uzunömürlülüyünü üyüdülmüş buğda dənələrindən hazırlanmış hazır səhər yeməklərinə olan sevgisi ilə əlaqələndirir. O, özünü tanıdığından bəri bu səhər yeməyini həmişə yağlı süd və çoxlu şəkərlə yediyini iddia edir.

Mənbə: Daily Mirror

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top