MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

manat

1 milyon manata yaxın vəsaitin büdcədən yayınmasının qarşısı alınıb

Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1 mln. 438 min 404 dollar (2 mln. 488 min 440 manat) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895 min manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.

FirmaTəqdim olunan invoys (USD)Orijinal invoys (USD)Fərq (USD)Fərq (AZN)
“RAKURS” MMC5 713,518 593,512 880,004 982,40
“RAKURS” MMC6 162,0010 554,344 392,347 598,75
“SEM-GROUP” MMC37 000,0046 915,639 915,6317 154,04
“Avrosof” MMC35 009,3052 562,7217 553,4230 367,42
AĞASİYEV EMİL AYDIN OĞLU60 730,00136 000,0075 270,00130 217,10
İMANOV ƏLİ NİZAMİ OĞLU48 221,70207 000,00158 778,30274 686,46
NƏBİYEV İLHAM KƏRƏMULLAH OĞLU35 734,4871 284,8635 550,3861 502,16
“ARSAN COMPANY” MMC33 092,0054 438,0021 346,0036 928,58
“MZ GROUP AZƏRBAYCAN” MMC41 993,2977 085,5935 092,3060 709,68
“Avrosof” MMC41 890,7275 000,0233 109,3057 279,09
“LOTOS-2016” MMC17 560,5033 899,0016 338,5028 265,61
“TRAYEKTORİYA-NF” MMC18 818,0035 300,0016 482,0028 513,86
ABASOV ŞƏNLİK FƏXRƏDDİN OĞLU25 896,6555 956,6530 060,0052 003,80
“Yamaxa-08” MMC35 625,0075 935,0040 310,0069 736,30
“Avrosof” MMC28 900,0067 300,0038 400,0066 432,00
“Avrosof” MMC26 600,0062 901,7036 301,7062 801,94
“Avrosof” MMC28 910,0078 045,7049 135,7085 004,76
“İDC 2000” MMC30 336,5058 090,5027 754,0048 014,42
“İDC 2000” MMC29 701,5556 935,3527 233,8047 114,47
“İDC 2000” MMC42 142,0079 572,4037 430,4064 754,59
“İDC 2000” MMC43 821,6081 241,2037 419,6064 735,91
“İDC 2000” MMC47 704,6089 694,7741 990,1772 642,99
“İDC 2000” MMC49 616,3993 170,0043 553,6175 347,75
“İDC 2000” MMC45 514,5485 531,91

40 017,3769 230,05
“İDC 2000” MMC30 788,0258 911,9428 123,9248 654,38
“İDC 2000” MMC49 804,2093 526,4043 722,2075 639,41
“İDC 2000” MMC45 219,2683 001,2437 781,9865 362,83
“İDC 2000” MMC46 398,7587 290,1540 891,4070 742,12
“İDC 2000” MMC30 759,8058 860,6028 100,8048 614,38
AĞAYEV FİRUDİN BƏHMƏN OĞLU23 166,7229 000,005 833,2810 091,57
“GREEN GROUP ADVERTİSİNG” MMC36 620,0045 015,008 395,0014 523,35
“QLOBAL KİMYA” MMC31 560,2662 189,1030 628,8452 987,89
“TRANZİT-2016” MMC27 150,0046 650,0019 500,0033 735,00
“TRANZİT-2016” MMC27 150,0046 650,0019 500,0033 735,00
“PAŞAM MOBİLYA İ.İ.P.L.Ş FİLİALI39 730,0071 755,0032 025,0055 403,25
“KOMMERSANT-2017” MMC37 377,4059 483,2322 105,8338 243,09
“TURKUAZ-LL” MMC6 250,967 558,461307,502 261,98
“RAMSE” MMC31 813,6851 499,9119 686,2334 057,18
“SƏMA İ.K.F.” FİRMASI13 394,0017 100,003 706,006 411,38
ƏLİYEV ELXAN ABDUL OĞLU31 617,8640 561,008943,1415 471,63
“AKUSTİKA-M” MMC26 618,0840 120,0013501,9223 358,32
“SARIDAĞ” MMC12 811,5422 858,9610 047,4217 382,04
“HİDRO PARK” MMC5 720,0039 882,0034 162,0059 100,26
“XİMEKSPRESS-2000” FİRMASI31 338,0051 908,0020 570,0035 586,10
“VOLTA-M” MMC19 801,70115 082,5595 280,85164 835,87
“BULUS TERMİNAL” MMC9 822,8821 845,7512 022,8720 799,57
“BULUS TERMİNAL” MMC16 113,7842 367,6426 253,8645 419,18
CƏMİ:1447721,22 USD2886125,78 USD1438404,56 USD2488439,89 AZN

“Respublikamızda qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər, mütərəqqi islahatlar bu sahədə dinamik inkişaf üçün əsaslı stimul yaradıb. Son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər,  ölkəmizin ixrac potensialının artması, görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.  Gömrük orqanları  da daim  ölkəmizin  davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən  siyasətə öz töhfəsini verməyə çalışır. “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və bu kimi digər yeniliklər, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, şəffaflığın artırılması, ticarətin sürətli, asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün atılan mühüm addımlardır. Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli  istehsalın inkişaf etdirilməsi istiqamətində  görülən tədbirlərə etinasız yanaşan  bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək  idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və  bir daha bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən  yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq  ictimaiyyətə açıqlanacaq”, – deyə məlumatda bildirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top